Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olundu - FOTO - YENİLƏNDİ


  • 10 İyun 18:41

Paytaxt ərazisində əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olunub.

DİN Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, məhkəmənin qərarı ilə K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

***

00.10

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

Oxşar xəbərlər