Bakıda 2 yaşlı uşaq valideyn diqqətsizliyindən avtomobilin üzərinə düşərək ölüb.
E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2022-ci il təvəllüdlü İmanov Hamza valideynlərinin diqqətsizliyi nəticəsində öz otağında tək olarkən açıq vəziyyətdə və döşəmə səviyyəsində olan
pəncərənin qoruyucu toruna toxunaraq 6-cı mərtəbədən evin həyətində park edilmiş "Kia Carnival" markalı avtomobilin üzərinə yıxılıb .
O, almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
