Məzmuna keç

Abşeronda 44 yaşlı kişi intihar edib

Abşeronda 44 yaşlı kişi intihar edib.

E-huquq.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Məhəmmədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Sabunçu RPİ-nin 15-ci polis bölməsinin xidməti ərazisinə aid olan hissəsində, Aşıq Ələsgər küçəsi nömrəsiz fərdi evdə yaşayan, içki alüdəçisi, 1980-ci il təvəllüdlü Əhmədov Samir özünü yaşadığı evin ikinci mərtəbəsində yerləşən dəhlizində dam örtüyünə bərkidilmiş taxta dirəklərdən iplə asaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu