Məzmuna keç

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.