Məzmuna keç

Ankarada tikinti sahəsində yanğın olub, fəhlələr təxliyyə edilib

Türkiyənin paytaxtı Ankarada tikinti sahəsində güclü yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Çankaya rayonunda tikilməkdə olan binanın 3-cü mərtəbəsində naməlum səbəbdən yanğın başılayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə qrupları göndərilib.

Tikintidə işləyən fəhlələr təhlükəsiz əraziyə aparılıb.

Ankara valisi Vasip Şahin hadisə yerində olub.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə