Məzmuna keç

Daşkəsəndə sərxoş kişi pilləkənlərdən yıxlıb öldü

Daşkəsən rayonunda 25 yaşlı şəxs yaşadığı binanın dəhlizində yıxılaraq həyatını itirib.

E-huquq.az xəbər verir ki, Emin Vəliyev spitli içkinin təsiri altında yaşadığı binanın dəhlizindəki pilləkənlərindən yıxılıb.

O, ikinci mərtəbədən birinci mərtəbəyə yuvarlanıb. E.Vəliyev aldğı ağır kəllə-beyin travması nəticəsində yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.