21.10.2026
Talıb Cəfərov: “Prokuror olmaq istəyən gənclərin sayı artıb”
Hüquq-mühafizə orqanları

Talıb Cəfərov: “Prokuror olmaq istəyən gənclərin sayı artıb”

May 6, 2025

"Tələbələrimizin gələcəkdə peşəkar hüquqşünas olması bizim üçün mühümdür".

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası"nın açılış mərasimində çıxşı zamanı deyib.

Onun sözlərinə, bu baxımdan Baş Prokurorluq ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir: "Bu əməkdaşlığın nəticəsidir ki, prokurorluğa işə qəbul olunmaq istəyən gənclərin sayı ilbəil artır".

Şəbnəm Mehdizadə