Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin oğlunun işdən çıxarılması barədə məlumatlara aydınlıq gətirdi


  • 12 Sentyabr 2020 18:34

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Bakı şəhər Prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: "Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır".

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.

Oxşar xəbərlər