Məzmuna keç

DGK: Avtomobildə 19800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb

DGK: Avtomobildə 19800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb

Rusiya Federasiyası istiqamətindən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu barədə e-huquq.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilir ki, baxış zamanı nəqliyyat vasitəsinin kabinasında ön oturacaqların altında, kabinanın arxasında yanğın söndürmə balonu üçün nəzərdə tutulan yerdə, avtomobilin qoşqusunun arxa hissəsindəki hidravlik nasosun üst hissəsində gömrük nəzarətindən gizlədilən, ümulilikdə 19800 ədəd "Parliament Heets Yellow" və "Amber", "Purple Label" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.