Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.
Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları – 15 ədəd "qulaqlıq", 4 ədəd səsgücləndirici, 6 ədəd fotoaparat, 5 ədəd oyun diskləri, 6 ədəd "driver", 2 ədəd plata, 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 16 ədəd ətir, 4 ədəd videokart, 14 ədəd RAM, 47 ədəd flaşkart, 2 ədəd proyektor, 6 ədəd qol saatı, 63 ədəd kiçik ölçülü prosessor aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
