Məzmuna keç

İmişli regional ədliyyə idarəsi Biləsuvar rayonunda seminar keçirib

İmişli regional ədliyyə idarəsi Biləsuvar rayonunda seminar keçirib

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə iyunun 24-də Biləsuvar şəhərində Biləsuvar rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib.

E-huquq.az xəbər verir ki, seminarı giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra idarənin rəisi Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan İsmayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, ”Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda İmişli regional ədliyyə idarəsinin rəisi H.Məmmədov seminar müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.