Məzmuna keç

Azərbaycanda saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, araşdırmalarla onların saxta əsginasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib.

Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.