Məzmuna keç

Sumqayıtda 12 nəfəri aldadan şəxsə cinayət işi açılıb

Sumqayıtda 12 nəfəri aldadan şəxsə cinayət işi açılıb

Sumqayıt şəhərində dələduzluq edən şəxsin barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dələduzluq etmiş H.Ağayev həbs edilib.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə daha 12 nəfəri viza düzəltmək adı ilə aldadıb, onlardan ümumilikdə 56913 manat pul alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.