Məzmuna keç

Gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi olub

Gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi olub

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma təlimlərində iştirak edən ilk qrupun yekun qiymətləndirilmə mərhələsi keçirilib.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, Akademiya rəisi Qulu Novruzov ixtisasartırma təlimlərinin gömrük xidməti əməkdaşlarının peşəkar inkişafı məqsədilə yeni və fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb.

Q.Novruzov bu təlimlərin maksimum effektiv keçirildiyinə inamını ifadə edib. O, DGK-nin dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatının Bakıda keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisini xatırladaraq, sözügedən beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb, müasir dövrdə gömrük xidmətində informasiya texnologiyalarının, innovasiyaların tətbiqinin zəruri olduğunu vurğulayıb. Akademiya rəisi bu sahədə aparılan islahatlara toxunaraq, sürətli və intensiv innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırıb.
Akademiya rəisi təlimlərin iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təlimlərin dinləyicilərinin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Qeyd edək ki, gömrük orqanlarında çalışan əməkdaşlar üçün bir aylıq ixtisasartırma təlimlərinin ilk qrupunda 56 nəfər gömrük xidməti əməkdaşı təmsil olunub.