Azərbaycanda bu il cəzanın icrasından boyun qaçıran məhkumların sayı açıqlanıb.
E-huquq.az xəbər verir ki, Probasiya Xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov bu barədə hesabat məruzəsi ilə çıxış edib.
Onun sözlərinə görə, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4.700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
