Məzmuna keç

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

E-huquq.az-ın məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə Rauf Heydərov təyin edilib.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

Mənbə: Report