Baş Prokurorluq: "Erməni silahlı birləşmələrinin cinayət törədən üzvləri məsuliyyətə cəlb olunacaqlar"


  • 19 Sentyabr 2023 17:26

"Qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi cinayət işləri ilə bağlı hər üç qurumun (Baş Prokurorluq, DTX, DİN) peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır".

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bu gün keçirilən brifinqdə deyib.

Qeyd olunub ki, cinayət törədən şəxslərin kimliyi müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar.

"Bundan başqa, qanunsuz silahlı birləşmələr tərəfindən qədim Şuşa şəhərinə hücum edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir", - deyə K.Zeynalov bildirib.

Oxşar xəbərlər