- 25 May 15:14
Nikahın pozulmasından sonra tərəflər arasında yaranan problemlərdən biri də birgə yaşadıqları mənzildən istifadə hüquqi ilə bağlı olur.
E-huquq.az xəbər verir ki, Mülki Məcəlləyə əsasən, əgər tərəflər arasında başqa razılaşma yoxdursa, o zaman şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu saxlanılmır. Lakin həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər rəsmi nikah 2009-cu il oktyabr ayının 1-dək qeydə alınmış olarsa, o zaman nikah ləğv olunduğu halda da həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılacaq.