Valideyn hansı hallarda aliment borcundan azad edilə bilər?


  • 9 Fevral 2021 10:58

Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideyn bu vəsaiti ödəyə bilmir və aliment borcu yaranır.

E-huquq.az xəbər verir ki, aşağıdakı hallarda valideyn aliment üzrə borcları ödəməkdən azad edilə bilər:

Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edildikdə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirildikdə.

Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Oxşar xəbərlər