Yüksək qazanc əldə edən valideyn nə qədər aliment ödəməlidir? - VİDEO


  • 14 İyun 2021 17:39

“Valideyn qeyri-məhdud miqdarda qazanc əldə edə bilər. O, qazancının bir hissəsini (saxlama üçün zəruri olandan artıq hissəsini) uşağına verməyə borclu deyil, Valideyn uşağın yalnız saxlanması üçün zəruri olan miqdarda aliment ödəməlidir. Əgər müvafiq əsas olarsa, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, valideyn uşağa görə əlavə xərclərdə iştirak etməyə cəlb edilə bilər".

E-huquq.az xəbər verir ki, bu sözləri "Mirzayev & Partners Legal Firm" hüquq şirkətinin hüquqşünası Ayxan Bədrəddinli "Hüquq bələdçisi"nin efirində yüksək qazanc əldə edən valideynin aliment öhdəliklərindən danışarkən deyib.

“Müxtəlif fəaliyyət sahələrində, xüsusilə də özəl sektorda çalışan bir sıra valideynlər yüksək qazanc əldə edirlər. Qanunvericilik uşaqların sayından asılı olaraq, alimentin qazancın bir uşağa dörddə biri, iki uşağa üçdə biri, üç və daha çox uşaq olduğu halda isə ikidə bir hissəsi kimi tutulmalı olduğunu müəyyən edib. Bundan əlavə, məsələnin başqa həll yolu da var ki, saziş və yaxud da məhkəmə yolu ilə sabit pul məbləği təyin edilir və həmin məbləğ ödənilir”, - deyə A.Bədrəddinli deyib.

Hüquqşünas qeyd edib ki, aliment ödəyən valideyin gəliri yüksək olduğu təqdirdə, lakin ödənilən aliment sabit pul məbləğində və ya pay əsasında uşağın xərclərini tam təmin etmirsə, aliment alan tərəf saziş əsasında, bu alınmadıqda Ailə Məcəlləsinin 76.2-ci maddəsinə istinad etməklə məhkəmə qaydasıında, aliment alan tərəfin iddiası ilə aliment ödəyən tərəfin gəlirindən tutulan pay hissəsinin artırılmasını və ya sabit pul məbləğinin onun gəlirlərinə və uşağların xərclərinə müvafiq qaydada müəyyən edilməsini tələb edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz:

Oxşar xəbərlər