İstehsalla məşğul olan sahibkarlar vergi orqanına hansı məlumatları təqdim etməlidirlər?


  • 31 Mart 2022 09:00

İstehsal sahəsində çalışan sahibkar tərəfindən istifadə etdiyi xammal və material sərfi barədə vergi orqanına məlumat təqdim olunmalıdırmı?

Dövlət Vergi Xidmətindən e-huquq.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna edilməklə, istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə müvafiq formada məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergiödəyicilərinin vəzifəsidir.

Həmçinin istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, bu barədə dürüstləşdirilmiş məlumat təqvim ili ərzində vergi orqanına təqdim edilməlidir.

Qeyd olunan məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergiödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Oxşar xəbərlər