Valideynin uşaqla ünsiyyət hüququ hansı hallarda məhdudlaşdırıla bilər?


  • 25 May 2023 15:51

"Nikahın pozulmasından sonra tərəflər arasında yaşanan mübahisələrdən biri də tərəflərdən birinin digərinə uşaqla görüşə imkan yaratmaması ilə bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu vəkil Araz Nurməmmədov deyib.

"Uşaqla ünsiyyət hüququna maneə yaradıldıqda şəxs "Mediasiya haqqında"qanuna əsasən, ilkin mediasiya sessiyasından keçməklə müqavfiq instansiya məhkəməsinə müraciət edə bilər. Əksər hallarda bu kimi iddia tələbi təmin edilir. Yəni, məhkəmə uşaqla ünsiyyətin təmin olunması barədə qərar çıxarır", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, bəzi hallarda məhkəmə valideynin bu tələbinin uşağın maraqlarına zidd olduğunu müəyyən edir: "Valideynin uşaqla görüşünün ona qarşı mənəvi, psixoloji və ya fiziki zorakılığa səbəb olmasını, yaxud valideynin qanunazidd, cinayət tərkibi yaradan əməllər törətməsi kimi halları nəzərə alaraq, məhkəmə uşaqla ünsiyyət hüqununu məhdudlaşdıra bilər. Lakin uşaqla ünsiyyət hüququnun tamamilə ləğv olunmasına məhkəmə təcrübəsində rast gəlinməyib".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər