Mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələrə dair kurslar keçiriləcək


  • 16 Dekabr 2021 10:49

Mediasiya Şurası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə tərəfdaşlığı ilə 20-24 dekabr tarixlərində mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələrə dair maarifləndirmə kursları keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, kurslar Ədliyyə Akademiyasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçiriləcək. Azərbaycan Respublikası qanunvericliyində istehlakçı anlayışı, istehlakçıların keyfiyyətli mal almaq hüququ, təbii inhisarlara dövlət nəzarəti-istehlakçı hüquqları prizmasından, istehlak bazarına nəzarət mexanizmləri, istehlakçı hüquqları sahəsində beynəlxalq təcrübə və.s mühüm mövzulara toxunulacaq.

Kursun açılıq mərasimi 20 dekabr tarixində baş tutacaq.

Açılışda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov iştirak edəcək.

Oxşar xəbərlər