Vəkil: "Mediasiyanın ən böyük üstünlüklərindən biri vaxta və pula qənaətdir" - VİDEO


  • 2 Mart 2023 13:54

"Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsulu olmaqla, vəkillik peşəsi ilə sıx əlaqəli olan bir sahədir. Vəkillər və mediatorlar işin xarakterinə görə daim əlaqədədirlər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Türkər Əliyeva ilə mediasiya proseslərinin üstünlükləri barədə müzakirə apararkən deyib.

"Məhkəmədə bir tərəf qalib, digər tərəf məğlub olur. Mediasiyada isə hər iki tərəf qalib gəlir və təbii ki, narazı tərəf olmur. Fikrimcə, bu, mediasiyanın ən yaxşı tərəflərindəndir", - deyə o bildirib.

Vəkil, həmçinin deyib ki, mediasiyanın digər yaxşı tərəflərindən biri də vaxta və xərclərə qənaətdir: "Məhkəmədə həlli illərlə vaxt apara biləcək bir iş mediasiya yolu ilə hətta bir günə də öz həllini tapa bilər".

T.Abdullazadənin sözlərinə görə, sadalanan müsbət cəhətlərlə yanaşı, mediasiya sahəsində müəyyən boşluqlar da var: "Hesab edirəm ki, bunlar da mediasiya institutunun yeni yaranması və hələ tam olaraq oturuşmaması ilə bağlıdır. Düşünürəm ki, bu problemlər zamanla aradan qalxacaq".

Müzakirəni daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Lalə Salmanova

Oxşar xəbərlər