Məzmuna keç

Əfqan Hacıyev: “Yayılan məlumat həqiqətə uyğun deyil”

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini dayandırması barədə yayılan məlumatlara münasibət bildirilib.

Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev e-huquq.az-a açıqlamasında bildirib ki, hazırda məhkəmə fəaliyyətini davam etdirir və yayılan məlumat yalandır: "Bu barədə hələ ki, qərar yoxdur. Bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, yayılan məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində koronavirusla əlaqədar məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bildirilir ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri işə gələcəklər. Ancaq proses iştirakçıları qismində vətəndaşların iştirakına qadağa qoyulub.