Məzmuna keç

Məhkəmə otelə məxsus əmlakın hərraca çıxarılması barədə qərar verdi – SİYAHI

Şəki Kommersiya Məhkəməsində 9 saylı Ərazi Vergilər İdarəsinin “Zərdab Mehmanxana” ASC-yə qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə baxılııb

Şəki Kommersiya Məhkəməsində 9 saylı Ərazi Vergilər İdarəsinin “Zərdab Mehmanxana” ASC-yə qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə baxılııb.

E-huquq.az xəbər verir ki, idarə iddia ərizəsində “Zərdab Mehmanxana” ASC-nin borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2000 manat məbləğində əmlakının hərraca çıxarılmasını istəyib.

Məhkəmə verilən iddianı təmin edib. Qərara əsasən, bu əmlaklar hərraca çıxarılaraq satılacaq:

– Hər birinin dəyəri 450 manat olan 2 ədəd kondisioner

– Dəyəri 500 manat olan 1 ədəd soyuducu

– Hər birinin dəyəri 200 manat olan 3 ədəd televizor.