Ali Məhkəmənin sədri Ramiz Rzayev martın 13-də Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.
E-huquq.az xəbər verir ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Şəmkir Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti, 2) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şəmkir Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
