Məzmuna keç

Azərbaycanda məhkəməyə tibbi maskasız giriş qadağan edildi

Sabunçu Rayon Məhkəməsi yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbir görür.

E-huquq.az-ın məlumatına görə, bu gündən məhkəməyə tibbi maska olmadan daxil olmaq qadağan olunub. Hazırda tibbi maskası olmayan şəxslərin məhkəmənin inzibati binasına daxil olmasına icazə verilmir.

Qeyd edək ki, Azərbaycanın digər məhkəmələrində koronavirusla bağlı dezinfeksiya işləri aparılsa da, tibbi maska taxmaq məcburi hal almayıb.