Məzmuna keç

Konstitusiya Məhkəməsi tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yaydı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.

Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.