Sumqayıt Şəhər Məhkəməsində yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
E-huquq.az-ın məlumatına görə, tədbirlər çərçivəsində məhkəməyə qoruyucu maska olmadan daxil olmaq qadağan olunub. Hazırda tibbi maskası olmayan şəxslərin məhkəmənin inzibati binasına daxil olmasına icazə verilmir.
Qeyd edək ki, Azərbaycanın digər məhkəmələrində koronavirusla bağlı dezinfeksiya işləri aparılıb.
