- 17:22
Xırdalanda 38 yaşlı kişi qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını döyüb.
E-huquq.az-ın məlumatına görə, qadının onun razılığı olmadan öz rəfiqələrini evə gətirmək istəməsi olub.
Kişi mübahisə zamanı əlinə zibil qutusundan götürdüyü küt alətlə qadının sifətinə zərbə endirib.
Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prossdə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını deyib və onun barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Şəbnəm Mehdizadə