Mərkəzi Bank şirkəti 10 min manat cərimələtdi


  • 17:10

"Union" MMC barəsində inzibati protokol tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş protokolda qeyd olub ki, "Union" MMC tərəfindən 49750.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə avans olaraq ölkə xaricinə köçürülüb. Ödənişin aparıldığı gündən 2 il müddətində 49750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xidməti ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

İş Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, barəsində inzibati xəta haqqında icraat aparılan şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Mərkəzi Bankın səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir.

Məhkəmə qərara gəlib ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 49750.00 ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 9950.00 ABŞ dolları məbləğində cərimə olunsun.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər