- 17:10
“Curana Co” MMC cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola əsasən, “Curana Co” 30.000 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürüb və ödənişin aparıldığı gündən 2 il müddətində 30.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
İş Binəqədi Rayon Məhkəmsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə araşdırlıb.
Məhkəmənin qərarına əsasən, “Curana Co” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30.000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında olan 6.000 ABŞ dolları, yəni 10.200manat məbləğində cərimə olunub.
Şəbnəm Mehdizadə