Prokuror ərini öldürməyə cəhddə təqsirləndirilən qadına cəza istədi


  • 5 Avqust 16:50

Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhd etməkdə təqsirləndirilın Aynur Nağıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin 11 il 3 ay azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmiş şəxs cəza ilə razı olmadığını bildirib. O, həyat yoldaşına daha yüngül cəza təyin edilməsini istəyib.

Vəkil çıxış üçün vaxt istədiyinə görə məhkəmənin növbəti iclası 12 avqust tarixinə təyin edilib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Aynur Nağıyeva Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə təqsirləndirilir.

Aynur Nağıyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər