- 5 Avqust 17:35
Sumqayıtda 40 yaşlı kişi həyat yoldaşını döyüb.
E-huquq.az-ın məlumatına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində deyib ki, hadisə ailə münaqişəsi zəmnində olub. O işdə də əsəbləşib və daha sonra evdə də əsəbləşərək həyat yoldaşını döyüb, onun üz nahiyəsinə 3-4 sillə ilə vurub.
Zərərçəkmiş şəxs isə ifadəsində bildiirb ki, o, qohumları arasında pul mübahisəsi ilə bağlı fikrini bildirib. Əri buna görə əsəbiləşərək “sən qohumlarının tərəfini tutursan” deyə onu döyüb.
Qadın təqsirləndirilən şəxslə barışmadığını, lakin övladının atası olmasına görə ondan şikayətçi olmadığını bildirib. Deyib ki, həyat yoldaşı ilə boşanacaq. Sonuncudan onu ailəsi ilə təhdid etməməsini, narahat etməməsini tələb edib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə