Məhkəmə gözdən əlil şəxslə bağlı qərarı qüvvədə saxladı


  • 5 Avqust 17:10

Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Q.Abbasov Qaradag rayonunun ərazisində tanışı Xanlar Əmirovu bıçaqla xəsarət yetirərək qətlə yetirməkdə təqsirləndirilib. Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib.

Q.Abbasov hər iki gözü üzrə görmə məhdudiyyətlidir.

Humay Eminqızı

Oxşar xəbərlər