Hamilə qadın mağazadan ərzaq oğurladı: "Çıxış yolu tapa bilmədim" - MƏHKƏMƏ


  • 5 Avqust 17:35

Abşeronda 30 yaşlı qadın mağazadan oğurluq edib.

E-huquq.az-ın məlumatına görə, Abşeron rayon, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksində yerləşən mağazadan 2518 manat dəyərində müxtəlif adda ərzaq məhsullarını oğurlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb.

Qadın ifadəsində bildirib ki, hamilə olduğu üçün gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkib. Bir neçə ay bu vəziyyətdə yaşadıqdan sonra heç bir çıxış yolu tapa bilməyib. O, marketdən oğurluq edib ərzaq tələbatlarını ödəmək qərarına gəlib. Mütəmadi olaraq, yəni 1-2 gün ara verməklə ardıcıl olaraq təxminən 1 ay müddətdə gündəlik istifadə etdiyi ərzaq məhsullarını həmin marketdən oğurlamağa başlayıb. Marketə daxil olub lazım olan ərzaq məhsullarını çantasına yığıb kassada 1 ədəd su və ya 1 ədəd çörək təqdim edərək,pulunu ödəyib qalan ərzaqların pulunu ödəmədən marketdən çıxıb. Bəzi hallarda isə marketin iki qapısı olduğu üçün ərzaq məhsullarını götür heç kimin görmədiyindən əmin olduqdan sonra arxa qapıdan çıxıb gedib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 ilmüddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər