Bakıda kişi bank kartı işlətdiyinə görə arvadını döydü


  • 16:53

Bakıda 31 yaşlı kişi bank kartlarından istifadə etdiyinə görə həyat yoldaşını döyüb.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs deyib ki, son günlər ailədə mübahisələri baş verib. Həyat yoldaşı ona qarşı yalanlar danışdığı üçün ona qarşı əsəbi olmuşdur. Hadisə baş verən gün evin yataq otağında olan zaman yoldaşının bank kartları istifadə etdiyini və həmin kartlara pul göndərildiyini bilib. Yoldaşı atasının pul atdığını deyib. Ondan gizlin bank kartı istifadə etdiyini bildiyi üçün arvadına əsəbiləşib və onun başına, sifətinə yumruq və sillə ilə vurub.

Zərərçəkmiş şəxs isə deyib ki, əri tez-tez spirtli içki qəbul edir və evdə dava-dalaş salır. Sonuncu dəfə həyat yoldaşı evdə spirtli içki qəbul edərək sərxoş olduqdan sonra guya ondan gizlin bank kartı istifadə etdiyini və başqalarının o kartlara pul atdığını bəhanə edərək onunla dalaşıb, sonra yaşadıqları evin yataq otağında olan zaman üstünə qışqırıb, nalayiq sözlərlə onu söyüb. O, ərinə söyüş söyməməsini dedikdə üstünə gəlib, başına və sifətinə yumruqla və ayaqlarına təpiklə zərbələr vurub.

Qadın evdən qaçaraq DİN-in "102" Xidmətinə məlumat verib. Həmin şəxslə bağlı Cinayət Məcəlləsinin 128-ci madəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 ay müddətə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər