"Femida könüllüləri" üçün təlim keçirildi - FOTO


  • 7 Avqust 12:50

2025-ci ilin 6 avqust tarixində Binəqədi Rayon Məhkəməsində "Femida könüllüləri" Təşkilatının könüllüləri üçün təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlim məhkəmənin spiker hakimi Rəşad Qoşqarlı tərəfindən "mülki işlərə məhkəmədə baxılması qaydası və prinsipləri" mövzusunda təşkil edilib.

Təlimdə daxil olmuş ərizələrin elektron sistem vasitəsilə qeydiyyatı və hakimlərə paylanılması, məhkəmə tərəfindən icraata götürülməsi, məhkəmə baxışına hazırlıq prosesində və məhkəmə baxışında həll olunan hallar, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi və bu aktın qüvvəyə mindikdən sonra icrası barədə məsələlər izah edilib.

Eyni zamanda mövzu üzrə könüllülər tərəfindən verilmiş suallar cavablandırılıb.

Oxşar xəbərlər