- 10:04
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Z.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası 27 avqust tarixinə təyin edilib.
Qeyd edək ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub.
Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9(qəsdən adamöldurmə xüsusi amansizlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Humay Eminqızı