"BTB Bank"dən oğurluq etməkdə təqsirləndirilən şəxsələrə hökm oxundu


  • 14 Avqust 16:51

"BTB Bank" ASC-dən nağd pulları oğurlamaqda təqsirli bilinən Babayev Aleksey və Qrinkeviç Sergeyin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Qrinkeviç Sergey 12 il müddətinə, Aleksey Babayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı hər iki şəxsin 14 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç "BTB Bank"ın müştərilərinin depozit otağından 316 manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər