Pensiya düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 13:06

Pensiya düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Rəmzi Eminlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Eminli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. CM-nin 66.5-ci maddəsinə əsasən, bu cəza Abşeron Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli hökmü ilə ona artıq əvvəlcədən təyin edilmiş 3 illik azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirilib. Nəticədə, ona ümumilikdə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq verilib.

Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli hökmü ilə şübhəli şəxs qismində həbsdə və ev dustaqlığında olduğu 1 il 7 ay 3 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən 3 il 2 ay 6 gün olaraq hesablanıb. Bu müddət ona təyin olunmuş cəzadan çıxılaraq, R. Eminlinin cəzasını çəkmiş hesab olunmasına qərar verilib.

İttihama görə, R.Eminli zərərçəkmiş şəxsin 2-ci qrup əlillik dərəcəsi ilə pensiyaya çıxmasına köməklik edəcəyini yalandan vəd verib inandıraraq onun 5500 manat pulunu alıb ələ keçirərək dələduzluq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər