Mərkəzi Bank “Azma Group”u cərimələdi


  • 14:13

“Azma Group” MMC barədə inzibati protokol tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan protokola Abşeron Rayon Məhkəməsində baxılıb.

Mərkəzi Bank tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, “Azma Group” 24860.00 ABŞ dolları məbləğində vəsaiti 12 iyul 2023-cü il tarixdə xaricə köçürüb və 2 il müddət keçsə də, 24860.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib, bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib.

Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, “Azma Group” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş protokolla və digər iş materialları ilə tam sübuta yetirilir.

Məhkəmənin qərarına əsasən, “Azma Group” inzibati xətanın obyekti olmuş 24860.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% məbləğində, 4972 (dörd min doqquz yüz yetmiş iki dollar) ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər