Məhkəmə Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edən turistləri həbs etdi


  • 17:58

Şəhidlər Xiyabanında nalayiq video çəkən əcnəbilər barəsində həbs qərarı verilib.

E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə hər 3 əcnəbi barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, avqustun 17-də sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də ölkəyə turist kimi gəldikləri və videonu yaydıqları müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb və şəxslər istintaqa cəlb olunublar.

Oxşar xəbərlər