- 27 Avqust 15:31
Bacısının keçmiş həyat yoldaşına bıçaqla xəsarətlər yetirməkdə təqsirləndirilən Fariz Hümbətovun məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Daha sonra təqsirləndirilən şəxs ifadə verib.
“Bacım marketdə işləyir. Onun keçmiş həyat yoldaşı ora gələrək bacımı vurmuşdu. Bununla əlaqədar bacım polisə şikayət ərizəsi yazmağa getmişdi. Polsi bölməsindən çıxandan sonra aralarında yenə münaqişə oldu. Mən də orada idim və bizim də aramızda gərginlik yaşandı. Sonra axşam görüşəcəyimiz barədə razılaşıb oradan uzaqlaşdıq. Daha sonra mən ona zəng etdim və saat 9-da görüşək deyə bir daha razılaşdım. Evdən çıxanda özümü qorumaq məqsədi ilə bıçaq götürmüşdüm. Hərəkətlərindən təhlükəli olduğunu bilirdim deyə bıçaq götürmüşdüm. Görüş zamanı əlbəyaxa olduq, təhqiramiz sözlər işlətdik. Aydınlaşdırmağa çalışırdım ki, boşanıb gedibsə, nəyə görə təzədən gəlib. Dava nəticəsində mən ona 2 bıçaq zərbəsi endirdim. Onunla aramız indi yaxşıdır, barışıq əldə olunub”, - deyə o bildiirb.
Qeyd edək ki, zərərçəkmiş şəxs iş ilə əlaqədar məhkəmədə istirak etməyib.
Məhkəmənin növbəti iclası zərərçəkmiş şəxsin dindirilməsi üçün 24 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Fariz Hümbətov Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirli bilinib.
Humay Eminqızı