Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi


  • 1 Sentyabr 17:08

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin olunmuş iclasında baxılacaq.

Oxşar xəbərlər