- 10:42
Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəməsi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən İlhamə Elşadqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Humay Eminqızı