Hakimliyə namizədlərin Baş Prokurorluğa təlim səfəri təşkil edilib - FOTO


  • 26 Sentyabr 13:10

Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən hakimliyə namizədlərin biliklərinin artırılması, onların dövlət orqanlarının təcrübələrinin öyrənilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Şuradan məlumat verilib.

Ədliyyə Akademiyasında uzunmüddətli təlimə cəlb edilmiş hakimliyə namizədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri təşkil edilib. Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev hakimliyə namizədlərə Mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Səfər çərçivəsində həmçinin, namizədlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində və Elm-Tədris Mərkəzində yaradılmış şəraitlə, o cümlədən kriminalistik laboratoriya, istintaq hərəkətlərinin aparıldığı otaqlar, kitabxana, muzey və Vətən müharibəsinə həsr edilən tarixi-memorial qalereya ilə tanış olublar.

Oxşar xəbərlər