Bakıda xalası oğlunu öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar dəyişmədi


  • 26 Sentyabr 15:42

Ali Məhkəmədə xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Yusif İsmayılov 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 5 il azaldılaraq 12 ilə endirilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov 2024-cü il yanvarın 13-də Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Humay Eminqızı

Oxşar xəbərlər