- 27 Sentyabr 14:39
Ali Məhkəmədə Ağsuda sevgilisini öldürərək basdırmaqda təqsirləndirilən Asif Manafov barəsində olan hökmdən verilən kassasiya protestinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Manafov 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ittiham aktına görə, 27 yanvar 2017-ci il tarixdə təqsirləndirilən şəxs sevgili münasibətində olduğu A.Qəhrəmanova ilə görüşüb. Daha sonra onlar şərab içiblər. Həmin vaxt aralarında olan söhbət zamanı A.Qəhrəmanova artıq yaşadığı evinə gedə bilməyəcəyini, Asif Manafovun onunla evlənməli olduğunu deyib. Lakin təqsirləndirilən onunla razılaşmayıb.
Daha sonra Asif evdən kəsici-deşici alət götürərək qadını kimsəsiz yerə apararaq öldürmək qərarına gəlib. Asif qadını aldadaraq qəbiristanlığın içərisinə aparıb və bıçaqla azı doqquz dəfə ona xəsarətlər yetirib.
Asif törətdiyi cinayəti gizlətmək məqsədi ilə hadisədən sonra tanışı Bilal Vəliyev və atası Arif Manafovla birlikdə cəsədi Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə apararaq onu qazdıqları quyuda basdırıblar.
Humay Eminqızı